Cəmiyyət

“Uçqunun altından çıxan ayaq yoluna, hamama getməyəcək?” – VİDEO

 

“Zəif və həssas bir mövzuya toxunmaq istəyirəm. Bəzi insanlar söyləyirlər ki, yardımların içərisindən yay mövsümündə geyiniləcək geyim, çəkələk və dikdaban ayaqqabı çıxır. Bunu da çəkib, paylaşıb, məsxərəyə qoyurlar. Hamının evində “Zilli” və “Baldessarini” yoxdur. Kimin nəyi var, onu da qoyur. Biz tərbiyəçi deyilik. Kimin ağlı haraya qədər kəsib, yardımların içinə onu da qoyub”.

Tacxeber.com bizim media-ya istinadən xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında çəkib, yayımladığı videomüraciətində deyib.

Sənətçi zərərçəkənlərə göndərilən bəzi geyim əşyalarının sosial şəbəkələrdə lağ predmetinə çevirilməsinə etiraz edib:

“Gördünüz ki, həmin əşyalar yaramır, qoyun kənara. Vacibdir çəkib, paylaşasınız? Sizin bu paylaşımlarınıza baxıb, digər insanlar yardım etməkdən çəkinəcəklər. Elə yalnız yazırlar ki, çəkmə, üst geyimi göndərin. Bu insanların alt paltarı yoxdur? Yalnız üst geyimi var? Niyə hər şeyi söz edirsiniz? Yardımların içinə gecə köynəkləri qoyublar. İnsanlar yalnız paltoda yatacaqlar?

Nəyi bacarıb, onu da göndərib. Sən başqa cür başa düşürsən, o başqa cür düşünür. İnsanları ələ salmayın. Nə gözəl vicdanımız, insafımız, imanımız var. İnsanlar əllərindən gələni edir. Bu borcdur, qardaşın qardaşa borcudur. Amma ələ salmayın. Hamı eyni ağılda deyil. Bunların xalqın gözünə soxmaq lazım deyil. Uçqunun altından çıxan ayaq yoluna, hamama getməyəcək? Ayağına çəkələk geyinməyəcək? Etməyin belə şeylər. Allah hamımıza kömək olsun”.

Tacxeber.com

Oxşar xəbərlər

Kəmaləddin Heydərovu Eldar Mahmudovun aqibəti gözləyir – AÇIQLAMA

admin

Avropa Jurnalistlər Federasiyası: COP29 ərəfəsində Azərbaycanda 23 jurnalist həbsdədir.

admin

Elvin Cəfərquliyev: “Santosun boğazından ona görə tutdum ki…” Oyunda baş verən dava-dalaş haqqında

admin