29 C
Bakı
11 Avqust 2025 14:10
Şou

“Görəsən böyük Allah bu bəlanı göndərməklə nə deyir?”

 

“Zəlzələ təbiət hadisəsidir. Heç kimi qınamaq olmur. Allahın izni olmadan ağacdan bir yarpaq belə düşə bilməz. Görəsən böyük Allah bu bəlanı göndərməklə nə deyir? Yaratmış olduğu körpədən böyüyə niyə qıyır?”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkədə yazıb. O, Türkiyədəki dəhşətli təbiət hadisəsi ilə bağlı bunları qeyd edib:

“İnsanlar görmüşəm deyiblər ki, kaş evim 2 mərtəbəli, böyük, otaqları çox olaydı. Bu gün qışın oğlan çağında, şaxtada, nəfəs dondurucu havada küçələrə səpələnən çarəsiz insanları görəndə deyilən bütün istəklərin üstündən qara bir xətt çəkirəm. Allahım! Böyüksən, ucalardan ucasan. Dünya sirrlərlə doludur. Açmasını Allah bilir, əqlimiz yetməz!

Bu fəlakətdə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa, doğmalarını itirənlərə səbr diləyirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər suyuna zəhər qatdı, son əsərini xəstəxana divarına yazdı, vəsiyyətinə əməl olunmadı

redaktor

Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi – Fotolar

redaktor

Mətanət İsgəndərli tanınmaz halda – Fotolar

redaktor