12 C
Bakı
28 Mart 2026 02:28
Cəmiyyət

Afaq Bəşirqızı: Əl tutur, özü gedir, yerin dərinliyindən xilas edir

 

Xalq artisti Afaq Bəşirqızı Türkiyədə baş verən dəhşətli zəlzələyə münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, o, “İnstagram”da paylaşım edib.

Aktrisa yazıb: “Artıq xalqım, millətim neçə gündür ki, nə gecə bilir, nə gündüz. Qardaşını, xalqı fikirləşir. Bilmir, nə etsin, necə etsin, təki Türkiyəni sakitləşdirsin, Türkiyənin dərdini azacıq da olsa, unutdursun.

Əl tutur, özü gedir, yerin dərinliyindən xilas edir. Hər bir cansızın canımızdan can apardı, Türkiyəm. Hər bir dağıntın üstümüzə yağdı, amma möhkəmik, möhkəm olacağıq. Bu yəqin ki, iki dövlət bir millətin Allah tərəfindən sınağıdır. Sənə möhkəmlik arzulayıram. Xalqım həmişə səninlədir. Xalqıma qurban olum, necə böyük xalqdır.

Allah bu çətinlikdən bizi tezliklə qurtarsın. Azərbaycan səninlədir, Türkiyə! Azərbaycan səninlə fəxr edir, Türkiyə! Allah bir də belə sınağı göstərməsin. Amin”.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda ana və övladları ilə bağlı araşdırma başladı: Valideynin hüquqları alınır? – VİDEO

redaktor

Rüfət Səfərov: ‘Necə ola bilər, hakimiyyətin qurulmasında birbaşa xidmətləri olan bir insanın övladı asi çıxır?!’

admin

Azərbaycanlı məşqçinin VİDEOsu gündəm oldu: Əlində çubuqla qarşısına dörd xanımı uzandıraraq…

redaktor