24 C
Bakı
13 Avqust 2025 23:10
Dünya

Vəkil Elçin Qəmbərov Mövlam Şixəliyevin oğluna qarşı yarım milyonluq dələduzluqda ittiham olunur

 

Həbsdə olan tanınmış vəkil Elçin Qəmbərovun cinayət işi üzrə ibtidai araşdırma başa çatıb.

Tacxeber.com xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

Elçin Qəmbərovun işində zərərçəkmiş qismində Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev tanınıb.

Vəkilin Elgün Şixəliyevin 500.000 (beş yüz min) manat pul vəsaitini ələ keçirdiyi iddia olunur.

Qeyd edək ki, Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Cinayət Məcəlləsinin 178.4(xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan vəkil barəsində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Regionda iki yeni dövlət yarana bilər – Azərbaycan üçün mühüm gəlişmə

admin

Bu ölkələr SU ALTINDA qalacaq: 2100-cü ilə qədər dünya xəritəsi belə dəyişəcək – FOTO

redaktor

“İstanbula gəldikdən sonra çoxlu evlilik təklifləri almışam”

admin