21 C
Bakı
23 İyun 2025 01:22
Siyasət

Vardanyan Moskvaya çağırıldı – Xankəndidə gərginlik artır

Vardanyan Moskvaya çağırıldı - Xankəndidə gərginlik artır 

Qarabağ separatçılarının rəhbərləri arasında daxili böhranın dərinləşməsinə dair yeni məlumat yayılıb.

Tacxeber.com saytı xəbər verir ki, “Hraparak”ın məlumatna görə, bir neçə gün öncə müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya getmiş Arayik Arutyunyan Xankəndiyə qayıdıb.

Qəzet indi də Qarabağ separatçılarının qondarma “dövlət naziri” adlandırılan milyarder Ruben Vardanyanın Moskvaya getdiyini yazıb.

“Aldığımız etibarlı məlumata görə, Ruben Vardanyan hazırda Moskvavadır. Görünür, onu da “Artsax”ın daxili siyasi problemlərini müzakirə etmək və vəziyyətin həllini tapmaq üçün çağırıblar”, – deyə “Hraparak”ın məlumatında vurğulanıb.

Məlumatda qeyd olunur ki, azərbaycanlı ekofəalların Laçın yolunda ötən il dekabrın 12-dən sonra başladığı aksiya Qarabağdakı separatçıların rəhbərliyində müəyyən gərginlik yaradıb.

“Hətta Ruben Vardanyanın istefası və “növbədənkənar parlament seçkiləri” mövzusu gündəmə gəlmişdi”, – deyə qeyd edən qəzet bildirib ki, əvvəlcə Arutyunyanın, ardınca da Vardanyanın Moskvaya gizli səfər etməsi ikitərəfli dəqiqləşdirmələr üçün nəzərdə tutulub:

“Onlar Rusiyanın “Artsax”a nə dərəcədə sahib olduğunu və burada normal həyatı bərpa etmək üçün nə edəcəyini anlamaq istəyirlər. Rusiyada isə kiminlə işləyəcəklərinə, hakim piramidanın necə davranacağına, həmçinin, kimin gedəcəyinə, kimin qalacağına qərar verməyə çalışırlar”.

Tacxeber.com

Oxşar xəbərlər

Prezident qanuna DƏYİŞİKLİK ETDİ – Vahid sistem YARADILACAQ

redaktor

Ən gənc və ən yaşlı deputat onlardır

redaktor

Bu gün seçkdir: deputat olmaq arzusunda olanların tam siyahısı

admin