16 C
Bakı
27 Sentyabr 2025 05:10
Dünya

Nikol Paşinyan Ərdoğana zəng edib

 

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Tacxeber.com xəbər verir ki, Ermənistanın baş naziri Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı verib və dəstək sözlərini bildirib.

“Paşinyan bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb və əlavə edib ki, xilasetmə qüvvələrini daşıyan təyyarə İrəvanın Zvartnots hava limanından fəlakət zonasına uçmağa hazırlaşır”, – məlumatda deyilir.

Ərdoğan Paşinyana təşəkkür edib və Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib. O, bu addımın iki ölkə arasında dialoqun daha da dərinləşməsi kontekstində vacibliyini vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

İran yenidən İsrailə hücum edəcək

redaktor

Putin məni məyus edib, amma onunla hələ işim var – Tramp

redaktor

İngilislərdən diqqətçəkən Hakan Fidan mesajı: “Nə qədər gec deyil…”

admin