24 C
Bakı
26 Sentyabr 2025 17:02
Sağlamlıq

Dəyişkən hava şəraiti baş ağrısına səbəb ola bilər? – CAVAB

 

Baş ağrısı bir çox insanlarda görülə bilən və əksəriyyətinin həyatının müxtəlif mərhələlərində qarşılaşdığı, həll yolu axtardığı bir problemdir. Baş ağrısı yaşayan insanları ən çox narahat edən şey bu ağrıya səbəb ola biləcək faktorlar və xüsusilə beyin şişi qorxusudur.

Maraqlıdır bəs,dəyişkən hava şəraiti baş ağrısına səbəb ola bilər?

Lent.az-ın rubrikasının sualını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyə Məmmədova cavablandırıb.

Onun sözlərinə görə, meteohəssaslıq adlanan bu vəziyyət ümümi mərkəzi sensitivlik sindromlarına aiddir:

“Bu sindromlar siyahısına miqren ağrıları da aiddir. Bu zaman sindromdan əziyyət çəkənlərdə normadan artıq həssaslıq müşahidə olunur. Eyni zamanda, müxtəlif qıcıqlar, ətraf mühitdə baş verən dəyişikliklər və stressə qarşı reaksiya çox olur”

Tacxeber.com

Oxşar xəbərlər

Normadan çox su içmək sağalmaz xəstəliyə səbəb olur

redaktor

Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün altı vərdiş bunlardır

redaktor

Tonus qaldıran içkilər tromb əmələ gəlməsini aktivləşdirir

admin