Dünya

Almaniya axtarış-xilasetmə qrupunu Türkiyəyə göndərdi

 

Kahramanmaraşda 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin ardından axtarış-xilasetmə işlərində iştirak etmək üçün Almaniyanın Köln şəhərindən 41 zabit və 7 itdən ibarət qrup yola düşüb.

Tacxeber “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Axtarış və Xilasetmə Xidməti (ISAR) tərəfindən təşkil edilən ekspertlər qrupu Köln-Bonn hava limanından şəxsi təyyarə ilə Qaziantepə yola düşüb.

Xilasetmə qrupunun lideri Steven Bayer, uçuşdan əvvəl agentlik müxbirinə verdiyi açıqlamada zəlzələ bölgəsinə tez çatmaq üçün ilk mərhələdə komanda ilə sürətli bir araya gəldiklərini söyləyib.

Dağıntılar altında olan insanları tapmaq üçün xüsusi təlim keçmiş və qoxuya həssas xilasetmə itləri ilə yanaşı, xüsusi axtarış texnologiyasından istifadə edən sürətli xilasetmə qrupunun ilk mərhələdə 100 saat çalışacağı və 14 gün Türkiyədə qala biləcəyi bildirilib. Onun sözlərinə görə, komandanın üzvləri 20 ildən artıq bu sahədə xüsusi təcrübəyə malikdirlər.

Tacxeber.com

Oxşar xəbərlər

“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı

redaktor

Priqojinin yerinə başqası olub? – MÜƏMMA

redaktor

Putin “Oreşnik”dən DANIŞDI: “Dünyada heç kimin belə silahı yoxdur” – VİDEO

redaktor