17 C
Bakı
28 Sentyabr 2025 04:11
Hadisə

3 gün əvvəl köçdüyü evin altında qaldı: “Qızıma ev yox, məzar almışammış” – FOTO

 

Türkiyənin Kahramanmaraş şəhərində Şeyma Şimşək adlı qadın 2 gün əvvəl köçdüyü yeni evinin altında qalıb.

Tacxeber.comTürkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Hayrullah məhəlləsində baş verib.
Yerli mətbuata danışan Ş.Şimşəyin anası Nalan Şimşək evi 3 gün əvvəl qızına hədiyyə etdiyini bildirib. Yaşlı ana qızının sağ olaraq xilas edilməsini gözləyir.

“3 gün əvvəl ona ev almışdım, 2 gün əvvəl isə ora köçmüşdülər. Zəlzələdən əvvəl mənə görüntülü zəng edərək, evi göstərdi. Mənim üçün yataq otağı mebeli aldığını deyərək sürpriz etmək istədi. Hamama gedib daha sonra yatacağını demişdi. Qızım yox oldu. Ona ev yox, qəbir almışammış. Almaz olaydım”, – deyə ana söyləyib.

Oxşar xəbərlər

Ayxan İsrafilovun həbs yerində döyülüb 15 gün ailəsindən gizlədildiyi bildirilir

admin

Mühafizəçini ağcaqanad dişlədi: Həyatını xilas etmək mümkün olmadı – VİDEO

redaktor

Xəstə uşaqları olan valideynləri aldadıb pullarını aldı – VİDEO

redaktor