24 C
Bakı
22 İyun 2025 10:30
Hadisə

Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxardı

 

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

Qeyd edək ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib./Report

Tacxeber.com

Oxşar xəbərlər

Könül Xasıyeva jurnalisti məhkəməyə verdi, 40 min manat tələb edir

redaktor

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

redaktor

Ana və 8 aylıq qızının qətlinin TƏFƏRRÜATI

redaktor