İdman

“Bavariya“ Ronaldonu niyə transfer etməyib? – Maraqlı səbəb

“Bavariya”nın idman direktoru Hasann Salihamidziç hücumçu Kriştiano Ronaldonu niyə transfer etmədikləri haqda danışıb.

Tacxəbər“Bild”ə istinadən xəbər verir ki,  o  deyib: “Biz Ronaldo haqqında danışdıq. Amma mən Jorje Mendeşə açıq şəkildə dedim ki, bu, bizim üçün mümkünsüz işdir. Həmin transfer nə maliyyə, nə də idman baxımından “Bavariya”ya yaraşırdı. Bu, bizim fəlsəfəmizə uyğun deyildi “.

Xatırladaq ki, ötən ilin noyabrında “Mançester Yunayted”də ayrılan Kriştiano Ronaldo dekabrda “Əl-Nəsr”lə 2.5 illik müqavilə imzalayıb. Portuqaliyalı hücumçunun Səudiyyə Ərəbistanı klubuna transfer olunmazdan əvvəl “Çelsi” və ya “Bavariya”ya keçmək istədiyi barədə xəbərlər yayılmışdı.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

“O, dayanmalı deyil” – Qurban Qurbanov

admin

Əfsanəvi futbolçu “Qarabağ”ın oyununu izləmək üçün Bakıya gəldi

redaktor

Niderland Mərakeş – Fransa matçının yayımından imtina etdi

admin