İdman

“Bavariya“ Ronaldonu niyə transfer etməyib? – Maraqlı səbəb

“Bavariya”nın idman direktoru Hasann Salihamidziç hücumçu Kriştiano Ronaldonu niyə transfer etmədikləri haqda danışıb.

Tacxəbər“Bild”ə istinadən xəbər verir ki,  o  deyib: “Biz Ronaldo haqqında danışdıq. Amma mən Jorje Mendeşə açıq şəkildə dedim ki, bu, bizim üçün mümkünsüz işdir. Həmin transfer nə maliyyə, nə də idman baxımından “Bavariya”ya yaraşırdı. Bu, bizim fəlsəfəmizə uyğun deyildi “.

Xatırladaq ki, ötən ilin noyabrında “Mançester Yunayted”də ayrılan Kriştiano Ronaldo dekabrda “Əl-Nəsr”lə 2.5 illik müqavilə imzalayıb. Portuqaliyalı hücumçunun Səudiyyə Ərəbistanı klubuna transfer olunmazdan əvvəl “Çelsi” və ya “Bavariya”ya keçmək istədiyi barədə xəbərlər yayılmışdı.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

“Qəbələ” – “Qarabağ” oyununda insident yaşandı – VİDEO

redaktor

Əfsanəvi boksçu Rusiyanı xəritədən sildi – FOTO

redaktor

Avro-2024: Bu gün İtaliya Ukraynaya qarşı

admin