Hadisə

“Silahlı dəstə qarşımı kəsdi” – Taleh Boradigahi başına gələn hadisədən DANIŞDI

“Silahlı dəstə qarşımı kəsdi” -
 

Seyyid Taleh Boradigahi kimi tanınan mərsiyəxan Taleh Əsədov Moskvada döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

“Dünən Moskvada bir dəstə əlisilahlı naməlum şəxslər çıxış edəcəyim məscidin qarşısına gələrək, mənim İmam Əlinin (ə) mövlud günündə iştirakıma mane olmaq istəyiblər. Mən gəlib məscidə daxil olmaq istəyəndə həmin əli silahlı dəstə qarşıma çıxıb, içəri keçməyə mane oldular. Bu zaman hadisə yerinə gələn Moskva polisinin və dəyərli qardaşlarımın sayəsində əli silahlı dəstənin niyyəti baş tutmadı” – mərsiyəxan bildirib.

Taleh Əsədov qeyd edib ki, insident zamanı döyülməyib və ona hər hansı xəsarət yetirilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

YAP-ın deputatlığa namizədi külli miqdarda borc içindədir.

admin

Model cərrahın seks köləsi oldu: Vəhşicəsinə döyüldü və…

admin

MN: Ermənilər itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər

redaktor