Hadisə

Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü – FOTO

 

Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

Qafqazinfo-nun məlumatına görə, qəzada ölən 5 nəfərdən 4-ü bir ailənin üzvləridir.

Bunlar Bərdə rayonu Qarağacı kənd sakinləri Baxşəliyev Məhərrəm Nüsrət oğlu, onun həyat yoldaşı Kərəmova Xalidə İsa qızı, qızları Baxşəliyeva Məfdunə Məhərrəm qızı və oğulları Baxşəliyev İlkin Məhərrəm oğludur.

Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva isə xəstəxanaya yerləşdirilib.

Baxşəliyev İlkin Daxili Qoşunların hərbçisi olmaqla yanaşı, Vətən müharibəsinin iştirakçısı olub. O, döyüşlərdə iştirakına görə “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəzada həlak olan Ceyhun Quliyev də Vətən müharibəsi iştirakçısıdır. Rayonun Birinci Qaradəmirçi kənd sakini ANAMA əməkdaşı olub. O isə “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.

 

Oxşar xəbərlər

Plastik cərrahlarla bağlı yoxlama apreldə başa çatacaq – Nazir

admin

Kadırovun oğlunun Quran yandıran şəxsi döyməsi ilə bağlı istintaq başlanılıb – FOTO

redaktor

Bakıda avtobusda sərnişinlər əlbəyaxa davaya çıxdı – VİDEO

admin