30 C
Bakı
10 Avqust 2025 20:57
Dünya

Makron və Netanyahu İrana qarşı birgə fəaliyyət aparacaq

Makron və Netanyahu İrana qarşı birgə fəaliyyət aparacaq

İsrailin baş naziri Binyamin Netanyahu Fransaya səfər edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Yelisey Sarayından açıqlama verilib. Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronla görüşən Netanyahu, İran və Fələstin məsələsi əsas olmaqla bir çox regional məsələləri müzakirə ediblər. Makron Fələstin ərazilərindəki mövcud vəziyyətlə bağlı narahatlıqlarını Netanyahuya çatdırıb. Makron bölgədə sülhə zərbə vuran qeyri-qanuni məskunlaşma fəaliyyətlərinə qarşı olduğunu bildirib.

Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Makron və Netanyahu İrana qarşı birgə işləməyə qərar veriblər.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya cəbhədə fərariləri güllələyir

redaktor

Paşinyan istintaqda DİNDİRİLDİ

redaktor

“Rusiya bahalı avtomobilləri Gürcüstan vasitəsilə alır” – Zurabişvili

admin