26 C
Bakı
12 Sentyabr 2026 14:51
Dünya

Kadırov qardaşı oğlunu nazir təyin etdi

Kadırov qardaşı oğlunu nazir təyin etdi 

 

Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu, 26 yaşlı Həmzət Kadırov respublikanın əmlak və torpaq münasibətləri naziri təyin edilib.

Tacxeber.comRusiya KİV-nə istinadən xəbər verir ki, Ramzan Kadırov Çeçenistan hökumətinin iclasını keçirib. O, Çeçenistan Respublikasının yeni baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri Həmzət Kadırovu Nazirlər Kabinetinin üzvlərinə təqdim edib.

“Həmzət istedadlı və icraçı rəhbərdir. O, bunu dövlət orqanlarında və yerli özünüidarəetmə qurumlarında əvvəlki vəzifələrdə yüksək nəticələr əldə etməklə sübut edib. Ona yeni vəzifəsində uğurlar arzulayıram”, – Kadırov deyib.

Həmzət Kadırov 2017-ci ildə Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini bitirib. O, regionda rəhbər vəzifələrdə, o cümlədən Çeçenistan rəhbərinin köməkçisi, Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi və idman naziri, Çeçenistan katibliyinin rəhbəri vəzifələrində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

Husilər Perimi ələ keçirib: Hərəkat əsas dəniz yoluna nəzarəti ələ keçirib

redaktor

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər Donanmasına məxsus gəmini məhv edib

redaktor