4 C
Bakı
27 Dekabr 2025 01:02
Digər

Vasif Talıbovun qudası istintaqa cəlb olundu

Vasif Talıbovun qudası istintaqa cəlb olundu

 

Bir müddətdir mediada Naxçıvanın keçmiş Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs olunduğu qeyd edilib.

“Yeni Sabah” bildirir ki, Manset.az dəfələrlə Fazil Ələkbərova zəng etsə də, o telefona cavab verməyib. Daha sonra sayt onun bacısı oğlu və ən yaxın adamı sayılan keçmiş Naxçıvan MR Şahbuz Rayon Polis şöbəsinin rəisi polis polkovniki Elnur İsmayılovla əlaqə saxlayıb. O açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib.

“Elə bir məlumat yoxdur. İstintaqa dəvət olunmuşdu, həbs olunmayıb. Mən bu məsələlərə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, Fazil müəllim evində oturub.”

Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır. F. Ələkbərov, eyni zamanda, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla da qudadır.

Tacxeber.com

Oxşar xəbərlər

Xuraman valideynlərə səsləndi: “Heç kəsə uşaqlarınızı etibar etməyin”

redaktor

“İran bir neçə aya uranı zənginləşdirməyi bərpa edə bilər”

admin

“Sumqayıtda doğulan Qubadlı sakini nə inək görüb, nə də qoyun…” – Natiq Cəfərli

admin