31 C
Bakı
01 İyul 2025 16:12
Gündəm

Səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirildi

Səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirildi

Yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.

Tacxeber.comOxu.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.

Həmçinin məlum olub ki, Azərbaycan Respublikasının səfirliyində terror aktı törədən cinayətkar azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.

Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir.

Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Polad Həşimovun anası: “Bu mövzuda danışanda əsəbləşirəm”

admin

Nəyə görə balqabaq şirəsini içməliyik? – Sonsuz faydaları

redaktor

DTX-dən Mədəniyyət Nazirliyində əməliyyat: Vəzifəli şəxslər saxlanılıblar

admin