30 C
Bakı
10 Avqust 2025 20:31
Sağlamlıq

Qripə yoluxanların nəzərinə: Bunu etsəniz, ölə bilərsiniz

 

Qrip zamanı yanlış müalicə və vaxtında həkimə müraciət edilməməsi nəticəsində yaranan hər hansı fəsad ölümlə nəticələnə bilər”.

Bu barədə Rusiyanın “INVITRO” Ural klinikasının terapevti Marina Konstantinova xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu fəsadlara ağır tənəffüs çatışmazlığı, ümumiləşdirilmiş viral infeksiya (patogenlərin bütün orqanizmə yayılması), bakterial infeksiyanın da qoşulması və ya xroniki xəstəliklərin kəskinləşməsi daxildir.

Həkim qeyd edib ki, qripdə yataq rejiminə riayət olunmazsa, iki-üç həftə sonra infarkt baş verə bilər.

“Böyük fiziki fəaliyyətlə virus sürətlə qanda yayılır və qan damarlarının divarlarının iltihabına, bəzən isə ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bu, qanın laxtalanmasında dəyişikliyə səbəb olur. Virus insult və infarktın inkişafına kömək edir”, – deyə M.Konstatinova izah edib./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

Ağızda quruluq – Ciddi siqnaldır

redaktor

Dəmrov otunun faydaları

redaktor

İstənilən xəstəlikdən sonra bu ucuz vasitə ilə orqanizmi bərpa edin – Həkim

admin