26.2 C
Bakı
30 İyul 2026 10:45
Gündəm

Penitensiar Xidmətin rəisi həbs edildi – SON DƏQİQƏ

 

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov həbs edilib.

General-mayor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və Tofiq Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib./APA

Tacxeber.com

Oxşar xəbərlər

Azad söz təhqir hüququ deyil

redaktor

Hikmət Hacıyevin bir cümləsi üzərində düşüncələr

redaktor

“WhatsApp” statusunda Ərdoğanla bağlı paylaşım edən vətəndaşa 15 sutka həbs cəzası verilib

admin