Dünya

Kadırov hədələdi: “Bunu ona bağışlamayacam”

Çeçenistanın rəhbəri Ramzan Kadırov Quranı yandıran danimarkalı irqçi siyasətçi Rasmus Paludanı “müsəlmanları təxribata çəkmək üçün bəhanə axtaran terrorçu” adlandırıb.

Çeçenistan lideri onu bağışlamayacağını deyib.

“Bir çox şeyi bağışlayardım, amma dünyanın 1.5 milyard müsəlmanından biri kimi bu dini terrorçunun hərəkətini bağışlamayacam”, – Kadırov bildirib.

Çeçenistan başçısı Paludanın Quranın yandırılması aksiyasını ona həsr etdiyini iddia edib.

Kadırov buna imkan yaradan orqanlara da müraciət edib: “Bunun təxribat olduğunu bilə-bilə niyə hələ də buna yol verirsiniz?”

Çeçenistan lideri Paludan və bu təxribata imkan yaradanların cəzalandırılmasını tələb edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Yer planetini çətin sınaqlar gözləyir” – alimlərdən qorxulu proqnoz

redaktor

Dubayda turistlər müsəlman cütlüyə lağ etdilər – ANBAAN VİDEO

redaktor

Bəşər Əsədin arvadı boşanmaq üçün ərizə verdi

redaktor