11 C
Bakı
24 Mart 2026 00:00
Dünya

Kadırov hədələdi: “Bunu ona bağışlamayacam”

Çeçenistanın rəhbəri Ramzan Kadırov Quranı yandıran danimarkalı irqçi siyasətçi Rasmus Paludanı “müsəlmanları təxribata çəkmək üçün bəhanə axtaran terrorçu” adlandırıb.

Çeçenistan lideri onu bağışlamayacağını deyib.

“Bir çox şeyi bağışlayardım, amma dünyanın 1.5 milyard müsəlmanından biri kimi bu dini terrorçunun hərəkətini bağışlamayacam”, – Kadırov bildirib.

Çeçenistan başçısı Paludanın Quranın yandırılması aksiyasını ona həsr etdiyini iddia edib.

Kadırov buna imkan yaradan orqanlara da müraciət edib: “Bunun təxribat olduğunu bilə-bilə niyə hələ də buna yol verirsiniz?”

Çeçenistan lideri Paludan və bu təxribata imkan yaradanların cəzalandırılmasını tələb edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə…” – Professordan qorxunc XƏBƏRDARLIQ

redaktor

Ginnesin Rekordlar Kitabına düşən müəllimlər – Çox maraqlı səbəblər

admin

Ərdoğan Rusiyada ilin siyasətçisi SEÇİLDİ

redaktor