16 C
Bakı
27 Sentyabr 2025 04:02
DünyaGündəm

İngiltərədən erməni lobbisinə qarşı həmlə – Türkiyə ilə sürpriz anlaşma

F-16 prosesi qeyri-müəyyənliyini qoruyarkən, ABŞ-da nəşr olunan “Forbes” jurnalı Türkiyənin İngiltərə ilə razılaşma ərəfəsində olduğunu gündəmə gətirib.

Ankaranın gündəmində F-16-lara alternativin olduğu bildirilən məqalədə İngiltərə istehsalı “Eurofighter” qırıcılarının Türkiyəyə tədarükü variantının da müzakirə edildiyi vurğulanıb.

Türkiyənin İngiltərə ilə təxminən 24-48 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsini ehtiva edən çox milyardlıq silah paketi üçün danışıqlar apardığını yazan “Forbes” müzakirələrin ABŞ-la 20 milyard dollarlıq anlaşmadan sonra başladığını bildirib.

ABŞ Konqresindəki Türkiyə əleyhdarı lobbilərin (erməni və yunan) cəhdlərinə qarşı “Eurofighter Typhoon” variantının masada olduğunu iddia edən nəşr Türk Hərbi Hava Qüvvələrinin 4.5 nəsil ingilis təyyarələrini məmnuniyyətlə qarşılayacağını vurğulayıb.

Məqalədə İngiltərənin də Türkiyəyə tədarük prosesinin başlamasını səbirsizliklə gözlədiyi bildirilib.

“Sövdələşmənin dəyəri 10 milyard dollardan çoxdur. Bura həmçinin C-130J “Hercules” nəqliyyat təyyarələri, “Type 23” freqatları və Türkiyənin ABŞ istehsalı olan M-60 tankları üçün yeni mühərriklər daxildir”, – nəşr əlavə edib.

Bundan əvvəl ABŞ Senatının komitə sədri, ermənipərəst senator Bob Menendez Türkiyəyə F-16 satışını əngəlləmək üçün and içdiyini demişdi. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Quranı yandıran rusiyalıya ağır cəza verildi

admin

“Saxta qaçaqmalçılıq ittihamı bizi susdurmaq üçündür və işə yaramayacaq, qaçaqmalçılar Azərbaycanın sərvətlərini Avropaya, Amerikaya daşıyanlardır” – “Meydan Tv”nin 12 yaşı tamam olur

admin

Lukaşenko: Allah eləməsin, Belarusda qadın prezident seçilsin

redaktor