28 C
Bakı
11 Avqust 2025 19:19
Sağlamlıq

Endokrin sistem haqqında nələri bilməliyik?

 

 

Endokrin sistem daxili vəzlərin birlikdə yaratdıqları sistemdir.

Endokrinologiya isə bu sistemin funksiyalarını və xəstəliklərini öyrənən elmdir. Sözügedən sistem hipotalamus, hipofiz, tiroid, paratiroid, pankreas, böyrəküstü vəz, yumurtalıqlar (qadında overlər, kişidə testislər) kimi daxili sekresiya vəzlərindən ibarətdir.

Bu vəzilər hormonlar ifraz edir ki, bu da öz növbəsində orqanizmin inkişafını, metobolizmini, böyüməyini, cinsi fəaliyyətini idarə edir.

Bu vəzilərin işləmə mexanizmlərinin pozulması aşağıdakı xəstəliklərə səbəb ola bilər:

▪️Diabet
▪️Qalxanvari vəz xəstəlikləri
▪️Metabolik pozuntular
▪️Reproduktiv xəstəliklər
▪️Menopauza
▪️Osteoporoz
▪️Hipertenziya
▪️Yağ metabolizmi ilə bağlı xəstəliklər
▪️Sonsuzluq
▪️Cirtdanboyluluq və boyun həddindən artıq olması
▪️Sekresiya vəzlərinin şişləri
▪️Artıq çəki və piylənmə

Qeyd edilən xəstəliklər və bu xəstəliklərin əlamətlərini hiss etdikdə mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür.

Tacxeber.com

Oxşar xəbərlər

Kababı araqla yemək olmaz – Xəbərdarlıq

redaktor

Sağlam insanın qoxusu nəyə bənzəməlidir?

redaktor

Dodaqlarınız tez-tez quruyursa, bunları edin

redaktor