22 C
Bakı
19 Oktyabr 2026 17:04
Dünya

Bayraktar: “ABŞ-nin icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər”

 

“ABŞ-ın icazəsi olmadan F-35 qırıcılarının alıcıları onlardan istifadə edə bilməzlər”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraktar bildirib.

“F-35-ləri alan ölkələrə və onların üzləşdiyi problemlərə baxın. Onlar ABŞ-ın icazəsi olmadan qırıcılardan təkbaşına istifadə edə bilməyəcək. Ölkənin suverenliyi yalnız öz texnologiyalarını inkişaf etdirdikdə mümkündür. Kənardan əldə edilən ən qabaqcıl texnika ölkə daxilində yaradılan ən bəsit vasat texnologiyadan qat-qat pisdir”, – Bayraktar deyib.

Bundan əvvəl ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına cavab olaraq Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın digər qırıcıların – dördüncü nəsil F-16-ların alınması təklifini açıqlasa da, Konqresdə hələlik razılaşmanın əleyhdarları var. Ərdoğan, həmçinin bildirib ki, Ağ Ev Türkiyəyə F-16-ları satmağa hazırlaşır, lakin imtina ediləcəyi təqdirdə digər ölkələrə, o cümlədən Rusiyaya müraciət edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Xəzər dənizindəki bir ada dayazlaşma səbəbindən yarımadaya çevrilə bilər

redaktor

Zelenski Trampı tənqid edir və ABŞ seçkilərini gözləyir

redaktor

Səmərqənd klanı hakimiyyəti tək əldə toplayır, Daşkənd klanı isə dirənir…

redaktor