DünyaGündəm

TƏCİLİ: İsrail İrana qarşı hərbi əməliyyata başladı, qırıcılar havaya qaldırıldı

 

İsrail İrana qarşı hərbi xüsusi əməliyyat keçirir.

Tacxeber.com bu barədə “Al Arabia” məlumat yayıb.

Bildirilib ki, ötən gecə İran ərazisində bir neçə partlayış baş verib, havada hərbi təyyarələr görünüb.

“İsrail İranda xüsusi əməliyyat keçirib. İsrail PUA-ları İranın Təbrizdəki pilotsuz təyyarə zavoduna, İsfahandakı hərbi obyektə və Mallarddakı sursat anbarına hücum edib”, – məlumatda birində deyilir.

“Al Arabia”-nın yazdığına görə, İsrailin məqsədi İranın hərbi infrastrukturunu məhv etmək olacaq.

Qüds hər hansı aksiyanın başladığını elan etməyib. Bu arada Tehran partlayışlar barədə rəsmi məlumat verməyib.

Bundan əvvəl bildirilib ki, ötən gecə İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki sursat anbarında pilotsuz təyyarənin hücumu nəticəsində güclü partlayış baş verib. Qeyd edilib ki, pilotsuz təyyarələrdən biri vurulub, digər ikisi isə tutularaq məhv edilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir” – Pentaqon

redaktor

Bizim bəxtimizə ki, öz nazirini öldürdən bir ölkə ilə qonşuluq düşüb.

admin

Rusiya Xarkova hücuma hazırlaşır.

admin