Dünya

Qarabağda yaşayan erməni qadınlarından Azərbaycana qarşı iftira

Qarabağda yaşayan erməni qadınlarından Azərbaycana qarşı iftira

Qarabağ separatçıları Azərbaycana yönəlik daha bir iftiraya əl atıblar.

Tacxeber.combu barədə erməni mediasına istinadən xəbər verir.

İddiaya görə, Azərbaycan guya Xankəndi və digər ərazilərdəki erməni qadınların Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə ünvanladığı onlayn petisiyanı bloklayaraq, silə bilib. “Artsaxın qadınları artsaxın gələcəyi naminə” qondarma “vətəndaş təşəbbüsü”nün yaydığı məlumatda deyilir:

“Dekabrın 12-dən artsaxda 120 000 (?!-M.) erməninin “blokadası” ilə kifayətlənməyən azərbaycanlı təxribatçılar yanvarın 26-da change.org saytında dərc edilmiş onlayn petisiyaya keçidi bloklamaq və onu silmək yolunu tapıblar”.

Bu sərsəm petisiyanın müəllifləri iddia ediblər ki, müraciətdə Qarabağın “blokada”dan azad edilməsi xahişi əksini tapıbmış və guya bir sutkada 4 min nəfər imzalayıbmış. Beləliklə, indi də erməni separatçılar axçiləri “döyüşə” göndərir./Musavat.com

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanda müxalifət Paşinyana qarşı impiçment prosesinə başlayıb

redaktor

Ukrayna Zaporojyeni azad etməyə hazırlaşır – Fedorov

redaktor

İspaniyada kölgədə oturan turistlərdən pul alınacaq

redaktor