16 C
Bakı
28 Sentyabr 2025 00:19
Hadisə

Səfirliyimizə hücum zamanı şəhid olan Orxan baş həkimin oğludur

 

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov tanınmış həkimin övladı imiş.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şəhid Orxan Əsgərovun atası Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.

Rizvan Əsgərov Qaynarinfo-ya açıqlamasında hazırda Gəncədən Bakıya gəldiyini bildirib: “Bu barədə çox danışmaq istəmirəm”.

Allah rəhmət eləsin!

Qeyd edək ki, XİN-dən verilən məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

XİN-nin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən Orxan Əsgərov şəhid kimi təqdim edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyanın öldürülməsinin qarsısını alan şəxs

admin

İsrailin raketləri İranda zəlzələ yarada bilərmi? – Açıqlama

redaktor

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)

admin