27 C
Bakı
14 İyul 2025 22:17
Hadisə

İranda terrorçunu zərərsizləşdirən şəxsin ailəsi danışdı – VİDEO

 

Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralanan Vasif Natiq oğlu Tağıyevin atası danışıb.

O bildirib ki, sözügedən hadisədən ilk öncə onun xəbəri olub:

“Telefonla danışanda kədərlənərək Orxan müəllimi itirdik dedi. Epizodu izləyəndə yarım saat şokdan ayıla bilmədim”.

Vasifin anası Təranə Tağıyeva övladının cəsarətli addımını təqdir etməklə yanaşı, kifayət qədər narahat qaldıqlarını da deyib:

“Vasiflə fəxr edirəm. Səhər oğlumla danışdıq yaxşı idi. Daha sonra atasına zəng vuraraq, xəbəri mediada görsək narahat olmayaq deyə bizə yaxşı olduğunu bildirdi”.

Qeyd edək ki, Vasif Tağıyev əliyalın olmasına baxmayaraq, silahlı terrorçunu zərərsizləşdirən və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.

 Tacxeber.com

Oxşar xəbərlər

Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro “yoxa çıxıb”

redaktor

Cinsi qısnamaya məruz qalmış 11 yaşlı şagird barədə məktəbdən – AÇIQLAMA – VİDEO/YENİLƏNDİ

redaktor

Bakıda taksi sürücüsünün döyülmə anı – Video

redaktor