16 C
Bakı
27 Sentyabr 2025 20:26
Şou

“Oxumaq boş şeydir, əsas kişi olmaqdır” – Manaf Ağayev

 

“Xəzər axşamları” verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı olan müğənni Manaf Ağayev verdiyi açıqlamalarla diqqəti öz üzərinə çəkib.

Aparıcı əvvəlcə Əməkdar artist Elnarə Abdullayevanın ünvanına xoş sözlər söyləyib. Bu zaman Manaf Ağayev onunla həmrəylik nümayiş etdirib. O, Elnarə Abdullayevanın sənətini yüksək qiymətləndirdiyini deyib: “Elnarə xanımın əli çiynimdə olsa, bütün mahnıları oxuya bilərəm”.

Digər qonaqlar isə Manaf Ağayevin ifa tərzini bəyəndiklərini deyərək, onun sənətini müsbət qiymətləndirdiklərini bildiriblər. Müğənninin reaksiyası hər kəsi təəccübləndirib: “Oxumaq boş şeydir. Əsas yaxşı ailə başçısı, yaxşı ata, yaxşı dost, yaxşı kişi olmaqdır. Manafı bu keyfiyyətlərinə görə sevin”./Yenisabah.az

Tacxeber.com

Oxşar xəbərlər

İlham Mirzəyev: Reytinqə görə meymunluq edə bilmərik

redaktor

Müğənni efirdə BİABIR oldu: Zaur ifasını yarımçıq kəsdi – VİDEO

redaktor

“Damla, Günay, Şəbnəm Tovuzlunu mən məşhurlaşdırdım” – Könül Kərimova

redaktor