24 C
Bakı
13 Avqust 2025 22:14
Hadisə

“Mənə deyir səninlə başqa yerdə danışacam” – Məşhur aparıcı ilə taksi sürücüsü arasında gərginlik

 

“Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı… Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım”.

Tacxeber.com xəbər verir ki, bunu tanınmış teleaparıcı Vüsalə Məmmədova özünün sosial şəbəkə hesabında paylaşıb.

Aparıcının sözlərinə görə, “Bolt” sərnişindaşıma şirkətinin sürücüsü həm ehtiyatsız davranıb, həm də onu təhdid edib:

“Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi “arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “o qapı içəridən açılmır, sol qapıdan düşün” dedi… İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, “bu işi neyləyək?”. “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir… Mənə də deyir səninlə başqa yerdə danışacam”, – deyə aparıcı bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada 15 nəfərin həlak olduğu yanğının baş verdiyi kafe azərbaycanlıya məxsusdur – YENİLƏNİB + FOTO/VİDEO

admin

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxladı.

admin

Ruslar Odessa xəsətəxanasını vurdu: əməliyyat aparan həkim yaralandı

redaktor