Dünya

Kadırov Türkiyə səfirliyinin qarşısında Quranı yandıranı hədələdi: Bir gün…

 

Çeçenistan lideri Ramzan Kadırov ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin İsveçdəki səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına etiraz edib.

Tacxeber.com xəbər verir ki, Kadırov bunu müqəddəs dəyərlərə qarşı hücum adlandırıb: “Bu dəhşətli hərəkət Türkiyəyə etiraz olaraq görüldü. Amma bu, əslində müqəddəs dəyərlərə hücumdur. Hər kəs nə əkdiyini biçər. Bir gün hər şeyin gec olacağını anlayacaqsan. Cəhənnəmdə yandırın, ey cinlər”.

NATO-nun şeytanın toxumu olduğunu bildirən Kadırov, “Ukraynaya qarşı İblis qüvvələri ilə də mübarizə aparırıq” deyib. Kadırov avropapərəstlərin Quranın yandırılmasına heç bir reaksiya verməməsinə də etiraz edib.

Tacxeber.com

Oxşar xəbərlər

Məktəbdəki qətliam İsveçi qarışdırdı: polis hadisəni ört-basdır edir?

admin

“Mən nəyi nə zaman etməyi bilirəm”: İran məsələsində də eyni xətt?

redaktor

Ərdoğan: Parisə gedəcəkdim, lakin nəvəm dedi ki…

redaktor