16 C
Bakı
27 Sentyabr 2025 03:29
Dünya

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb? Şirkətə kim rəhbərlik edir?

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.

Tacxeber.com xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir.

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.

Tacxeber.com

 

Oxşar xəbərlər

Rusiya oliqarxına məxsus “Ermənistanın enerji şəbəkələri” şirkəti Ermənistan dövlətinin nəzarətinə keçir.

admin

Qəzzadan İsrailə 550-yə yaxın uğursuz raket atışı qeydə alınıb

redaktor

Fransada nazirdə xəstəlik aşkarlandı

redaktor