Dünya

Bill Qeytsdən şok açıqlama… – Kabus ssenarisi olacaq

 

İllər əvvəl koronavirusa bənzər pandemiya ilə üzləşə biləcəyimizi açıqlayan və haqlı olan Bill Qeyts dünyanı gözləyən yeni təhlükədən danışıb.

Tacxeber.com xəbər verir ki, Sidneydə keçirilən konfransda çıxış edən Qeyts dünya liderlərinə müraciət edib.

Qeyts növbəti pandemiyanın insan tərəfindən yaradılacağını və koronavirusdan da pis ola biləcəyini söyləyib. Dünya liderlərinin fikir ayrılıqlarını bir kənara qoyub hazırlığa indidən başlamalı olduğunu vurğulayan Qeyts, onları qlobal əməkdaşlığa çağırıb.

Milyarder iş adamı, kabus ssenarisi olacaq bu vəziyyətə hazır olmaq üçün hər beş ildən bir həm milli, həm də regional səviyyədə təlim keçirilməli olduğunu bildirib.

Lazımi addımların atıldığı təqdirdə yeni pandemiyanın qarşısının alına biləcəyini bildirən Qeyts, qlobal epidemiyaya qarşı cavab və səfərbərlik üçün yaradılan GERM komandası adlandırdığı qrupa ildə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Bu sərmayədən əlavə, Qeytsin planına bütün dünyada diaqnostika və səhiyyə sistemləri üçün Ar-Ge-yə daha çox dəstək verilməsi də daxildir.

Tacxeber.com

Oxşar xəbərlər

Çin Yaponiyadan tələb etdi: “Tayvanla əlaqələr dayandırılmalıdır”

admin

Ermənistan bu vəziyyətin nəticələrini çəkəcək – Ərdoğan

admin

Zurabişvili səs-küylü təxribat hazırlayır – Puşkov

redaktor