Mədəniyyət

Nazirlikdən Tünzalə Əliyeva açıqlaması: “Xərcləri qarşılayacağıq”

Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə APA-ya aktrisanın ailə dostu Yusif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi sabah saat 11-də Heydər məscidində təşkil olunacaq: “Sabah Heydər məscidində vida mərasimi olacaq. Ondan sonra dəfn üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq. Onu da qeyd edim ki, bütün vida və dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Mən bütün sənət dostlarımız adından bu təşəbbüs üçün Mədəniyyət Nazirliyi rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Xərçəngdən əməliyyat olundum, insult keçirtdim” – Xalq artisti

redaktor

Məşhur filmdəki aktrisa “Lotu Bəxtiyar”ın anası imiş – FOTO

redaktor

“Zeynəb Xanlarovanı 50 min insanın içindən xilas etdikdən sonra mənə “xilaskarım” deyir”

redaktor