29 C
Bakı
14 Avqust 2025 19:12
Dünya

Moskvada binaların damlarında hava hücumundan müdafiə sistemləri niyə yerləşdirilib? – FOTO

 

Rusiyada binaların damlarında hava hücumundan müdafiə sistemlərinin quraşdırılması “informasiya əməliyyatı”nın tərkib hissəsidir.

Moskvada binaların damlarında bu qəbildən sistemlərinin yerləşdirilməsində məqsəd ölkə daxilində Ukrayna müharibəsinin uzun sürəcəyi ilə bağlı fikir formalaşdırmaqdır. Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilib.

Analitiklərin fikrincə, Kreml Rusiyanın ekzistensial müharibə apardığına dair ictimai rəyi formalaşdırmaq cəhdlərini gücləndirir. ISW-dan diqqətə çatdırılıb ki, binaların damlarında “Pansir-S1” hava hücumundan müdafiə sistemlərinin görüntülərinin yayılmasında KİV və bloqerlər iştirak ediblər.

“Bəzi rusiyalı hərbi müxbirlər bu görüntülərə məmnunluqla reaksiya veriblər ki, moskvalılar, nəhayət, Rusiyanın Ukraynada “ağır müharibə”də iştirak etdiyini öyrənəcəklər”, – deyə məlumatda qeyd olunub.

ISW-nun fikrincə, Rusiya hakimiyyəti iri şəhərlərdə hərbi texnika nümayiş etdirməklə Ukraynadakı müharibəni Rusiya cəmiyyəti üçün “daha ​​təhlükəli” kimi qələmə verməyə çalışır.

Tacxeber.com

Oxşar xəbərlər

Pakistanda Çin şirkətinin avtomobil karvanı partladıldı

redaktor

Putin Əliyevdən nə xahiş edib? – Erməni KİV-dən MARAQLI İDDİA

redaktor

Dünyada ilk dəfə Rusiyanın “Kinjal” raketini vurmuş Ukrayna döyüşçüsü üzə çıxdı…-VİDEO

redaktor