24 C
Bakı
23 İyun 2025 10:59
Dünya

Fransız ordusu bu ölkədən qovulur

 

Burkina-Faso hökumətinin yanvarın 22-də qəbul etdiyi qərara görə, Fransa silahlı qüvvələri ölkə ərazisini bir ay ərzində tərk etməyə borcludur.

Burkina-Faso ərazisində Fransa hərbi kontingentinin mövcudluğu ilə bağlı razılaşma hökumət tərəfindən pislənilib.

“Hökumət 2018-ci ildən Fransa silahlı qüvvələrinin mövcudluğunun tənzimləndiyi sazişi denonsasiya edib. Sazişin şərtlərinə əsasən, bu, Fransa silahlı qüvvələrinə Burkina-Faso ərazisini tərk etmək üçün bir ay verir”, – deyə hökumətin bəyanatında deyilir.

Qeyd edək ki, bir neçə aydır ki, ölkədə Fransa qoşunlarının çıxarılması tələbi ilə müntəzəm olaraq nümayişlər keçirilir.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

9 sentyabr 2001-ci il, “əl-Qaidə”nin təşkil etdiyi qəsd nəticəsində əfsanəvi əfqan səhra komandiri Əhməd şah Məsud öldürülür.

admin

Şad Xəbər! Sabahdan Azərbaycanda internet ucuzlaşır – Yeni tariflər

redaktor

Vitali Kliçko 25 illik evlilikdən sonra boşanır

admin