12 C
Bakı
27 Mart 2026 01:23
CəmiyyətGündəm

Bakıda evlərin sıx olduğu ərazilərdə narkomanların yaratdığı təhlükə – VİDEO

Bakıda evlərin sıx olduğu ərazilərdə narkomanların yaratdığı təhlükə - VİDEO

 

 

Günümüzün bəlasına çevrilən narkotiklər əslində hər kəs üçün təhlükə mənbəyidir.

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yaşayan sakinlər üçün bu təhlükə evlərinin bir addımlığındadır.

Tacxeber.com xəbər verir ki, bu barədə AzTV-də yayılan süjetdə deyilir.

Bildirilir ki, yarısökülü tikintidə narkotik istifadəçiləri məskən salıblar.

Məsələyə biganə qalmayan aidiyyəti qurumların əməkdaşları çəkiliş aparılan müddətdə əraziyə gələrək baxış keçiriblər və məkanın təmizliyinə başlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı deyib ki, həmin ərazidə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Belə neqativ əməllə məşğul olan şəxslər barədə həmin ərazidə yaşayan əhali də polis əməkdaşlarına məlumat verirlər. Keçirilən tədbirlər nəticəsində həmin neqativ əməllərin qarşısı alınır”.

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Qobuda 11 nömrəli bağçada körpələr ac qalır… – Valideynlərdən ərzaq tələb olunur?

redaktor

Putin əmr verib: sentyabrın 15-nə kimi…

redaktor

Təbrizdə qürurverici görüntülər – Şəhidimiz alqışlarla anıldı – VİDEO

redaktor