Dünya

Markovdan 20 Yanvar açıqlaması: Yaxşı bilirik…

 

Məhz nəhəng bir ölkəyə nəzarəti itirməkdə olan, güzəştlər və sərt zorakılıq arasında qalmış sovet siyasi rəhbərliyinin səhvləri Qara Yanvarın əsas səbəbi oldu. Səbəblərdən biri də sovet rəhbərliyinin erməni millətçiliyini təşviq etməsi idi.

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Report-a açıqlamasında deyib.

Politoloq 33 il əvvəl baş vermiş böyük faciənin ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

“Biz yaxşı bilirik ki, bu, azərbaycanlıların ürəyinin sağalmamış yarasıdır. Siyasi mübarizənin dinc insanlara toxunmaması üçün faciələr bir dərs olmalıdır”, – Markov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Geyimi diqqət çəkdi: Qanlı terrorçu haqqında heyrətamiz detal – FOTO

redaktor

Tramp: “Rusiya iqtisadiyyatı, demək olar ki, çöküb”

redaktor

Azərbaycanda “TikTok” bağlanacaq? – RƏSMİ AÇIQLAMA

redaktor