15 C
Bakı
26 Mart 2026 16:35
Cəmiyyət

İnstaqramda səhifə açıb ev tikdirənlərin pullarını aldı – Abşeronda ŞOK dələduzluq

Abşeronda ev tikmək istəyənlərə qarşı dələduzluq edilib.

M. Məhsulov “İnstagram” sosial şəbəkəsində hesab açaraq, ev tikintisi və təmiri ilə məşğul olduğunu bildirib. Bunu görən izləyicilərdən ona müraciət edənlər də olub.

O, ev tikmək və ya təmir etdirmək üçün müraciət edənlərlə notariatda sənəd də təsdiqlədib. Ancaq ittiham aktına görə, M. Məhsulov müraciət edən 4 nəfərdən pul alaraq, xidmət göstərməyib. Belə ki, o, ya material bahadır deyib evlərin tikintisinə başlamırmış, ya da işi yarımçıq qoyub gedirmiş.

Həmin 4 zərərçəkmişin isə ümumilikdə 44 min 114 manatını ələ keçirib. Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Məhsulov istintaqa cəlb edilib. Barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə istintaqı davam edir. İlk məhkəmə prosesi yanvarın 26-da keçiriləcək.(Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

12 ildir Niderlandda yaşayıram, İlham Əliyevin yürütdüyü siyasət Avropada doğulmuş qızımın da həyatına təsir edib.

admin

Telefonlarda “Zəlzələ Xəbərdarlıq Sistemi”ni necə aktiv etmək olar? – Proqramlar

redaktor

“TikTok”da trend olan saç yağı zərərli imiş

redaktor