15 C
Bakı
27 Sentyabr 2025 16:29
Cəmiyyət

Dövlət qurumlarına çağırış: Tiktok bağlansın

 

“TikTokda bir qızın 20 yanvar şəhidlərini çox pis formada təhqir etdiyini özündə əks etdirən bir görüntü rastıma çıxdı. O gün polisi söydülər. Bir neçə gün əvvəl “Şəhidlər xiyabanı”nı başqa bir şeyə bənzətdilər. Hamısı da eyni platformada-TikTokda. Fikrimcə, artıq yetər. Xalqımızın, millətimizin, cəmiyyətimizin məhz bu platforma vasitəsilə daha çox deqradasiyaya məruz qalmasına susmayaq”.

Tacxeber.com-ın xəbərinə görə, bunu ekspert Elçin Əfəndiyev bildirib.

O, TikTok platformasının ölkədə bağlanması üçün Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Müdafiə Nazirliyinə və Baş Prokurorluğa çağırış edib: “Xahiş edirəm ki, ölkəmizdə TikTok sosial platformasının bağlanmasına razılıq verəsiniz. Məhz bu platforma vasitəsilə şəhidlərimiz haqqında təhqiramiz ifadlər səsləndirilir, hüquq-mühafizə orqanlarının, eləcə də digər qurumlar və ictimai şəxslərin ünvanına nalayiq ifadələr işlədir, cəmiyyətimizi mənəvi uçuruma aparan paylaşımlar yer alır”.

Tacxeber.com

Oxşar xəbərlər

Qızılcaya yoluxanlar buna görə ölür – Həkimdən SOS

admin

Azərbaycanda daha bir absurd qərar.

admin

“Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur…” – “Heydərbabaya salam” necə yazıldı? – FOTO

admin