12 C
Bakı
29 Mart 2026 03:55
Cəmiyyət

Kəmaləddin Heydərov yeni nazirin vəzifəsini ona tapşırdı

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan fövqəladə hallar naziri Şahin Mirzəyevin vəzifəsi müavininə tapşırılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Şimal Regional Mərkəzinin rəis vəzifəsi bu qurumun rəis müavini Babayev Zabil Firuddin oğluna həvalə olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib. O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Buzovnada uçan boşqablar göründü – VİDEO

redaktor

Stomatologiyada irəliləyiş: Dişlərini itirmiş insanlar üçün yeni ümid

redaktor

Bakıda intiharı təbliğ edərək qəhvə satırlar – FOTO

redaktor