24 C
Bakı
26 Sentyabr 2025 15:37
Dünya

İrandan gözlənilməz bəyanat: Krım Rusiyanın deyil

 

Tehran və Moskvanın əla münasibətlərinə baxmayaraq, İran Krımın, eləcə də Donetsk və Luqanskın Rusiyanın tərkibinə daxil olmasını tanımır.

Tacxeber.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian TRT-yə müsahibəsində deyib.

“Biz ikili standartlara can atmırıq. Biz İraq, Suriya, Yəmən, Fələstin və Əfqanıstandakı müharibəyə qarşıyıq. Eyni şəkildə biz Ukraynada müharibəyə və insanların didərgin düşməsinə qarşıyıq. Digər tərəfdən, beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və suverenliyini tanıyırıq. Bu səbəbdən Tehran və Moskva arasında gözəl münasibətlərə baxmayaraq, Krımın Ukraynadan ayrılmasını tanımırdıq. Biz Luqansk və Donetskin Ukraynadan ayrılmasını tanımırıq”, – deyə XİN rəhbəri bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zod qızıl mədəni fəaliyyətini dayandırıb – Nə baş verir?

redaktor

Rus kanalları müharibənin ildönümünü niyə xatırlatmadı?

redaktor

İranın sərt etirazı: Biz yəhudiləri Hitlerin əlindən xilas etdik, onlar isə bizi bombalayır

redaktor