11 C
Bakı
27 Mart 2026 18:42
Şou

“Nazirlik Afət Fərmanqızı kimi ifaçıları efirə buraxmamalıdır” – Vaqif Nağıyev

“Mədəniyyət Nazirliyi Afət Fərmanqızı kimi ifaçılarla bağlı ciddi tədbir görməli, belə müğənnilər efirə buraxılmamalıdır”.

Bu fikirləri Lent.az-a müsahibəsində illər öncə müğənni Afət Fərmanqızını şair Nəsiminin qəzəlinə oxuduğu “Pəncu şeş” mahnısını səsləndirdiyinə görə onu “debil” adlandıran müğənni Vaqif Nağıyev deyib:

“Gənc nəsil Nəsimini ya metrostansiyadan tanıyır, ya da Bakıda rayon adı olduğuna görə. Şair Nəsimini isə tanımırlar. Deyirlər ki, Nəsimi Afətin mahnısına söz yazandır da. Həqiqətən, biabırçılıqdır. Efirdə o ifaçını tənqid etdim, pislərinə gəldi. Nəyə görə? Mədəniyyət Nazirliyi Afət Fərmanqızı kimi ifaçılarla bağlı ciddi tədbir görməli, belə müğənnilər efirə buraxılmamalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

“O heç vaxt “A” ketaqoriyalı müğənni ola bilməyəcək” – Faiq Ağayev

admin

Puqaçova ilə Qalkinin əntiq əşyaları saxta imiş

redaktor

Kəs səsini! – Canlı yayımda ağız davası – Video

redaktor