Gündəmİqtisadiyyat

Hakerlər 415 milyon dollar OĞURLADI

Müflis olmuş kriptovalyuta birjası FTX bildirib ki, hakerlər onun hesabından 415 milyon dollar çıxarıb.

Bu barədə CNBC telekanalı şirkətin hüquqşünaslarının hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, “FTX.com” beynəlxalq şirkətindən 323 milyon dollar, ABŞ bölməsindən isə 90 milyon dollar oğurlanıb. Bundan əlavə, “Alameda Research” hedcinq fondundan 2 milyon dollar çıxarılıb.

Oğurluğun 2022-ci ilin noyabrında birjanın çökməsindən sonra sistemin sındırılması ilə əlaqəli olduğu güman edilir.

Məlumata görə, FTX-nin bərpa edilməli olan likvid aktivlərinin məbləği 5,5 milyard dollardır. Bu rəqəmə FTX-nin qurucusu Sem BankmanFridin Baham adalarında yüz milyonlarla dollar dəyərində olan əmlakı daxildir.

Qeyd edək ki, noyabrın əvvəlində FTX tviterdə iflas etdiyini və baş direktor BankmanFridin istefa verdiyini elan edib. (KONKRET.az)

Tacxeber.com

Oxşar xəbərlər

Bəhram Bağırzadə mövzusu bitmir: “Polis işarə elədi, getmədi” – VİDEO

redaktor

Hərbi xidmətdə olarkən “avtoşluq” edən şəxs hakim qarşısına çıxır – FOTO/VİDEO

admin

Dövlət paylayıcı şirkətləri heç vaxt effektiv olmayacaq, daim yeyinti və korrupsiya içində boğulacaqlar.

admin