Hadisə

Ermənilər Azərbaycan səfirliyinə gedən yolları bağladı

 

ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan gənclər federasiyasının nümayəndələri Azərbaycan səfirliyinə gedən 34 yolu bağlayıblar.

Tacxeber.com xəbər verir ki, bununla ermənilər Azərbaycanın guya Laçın yolunu bağlamasına “etirazlarını” nümayiş etdiriblər.

Onlar “30 min uşaq Azərbaycanın girovudur”, “Qarabağın blokadasını dayandırın” və s. kimi absurd şüarlar yazılan plakatlar qaldırıblar.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Qusarda “TikTok”a video çəkmək istəyən sürücü həyatından oldu

admin

Xalq artisti qəzadan DANIŞDI: “Şəhid qardaşım oğlunun məzar ziyarətinə gedirmişlər, gözlənilmədən…”

redaktor

Moskva terrorunda təqsirləndirilənlər hadisədən öncə Türkiyədə olublar – ŞOK GƏLİŞMƏ

redaktor