20 C
Bakı
24 İyun 2025 01:45
Dünya

Səudiyyə ərəbistanlı alim “Twitter” və “WhatsApp”dan istifadə etdiyinə görə edam cəzasına məhkum edilib

 

Səudiyyə Ərəbistanında tanınmış islahatçı hüquq professoru, sosial şəbəkələrdən, o cümlədən “Twitter” və “WhatsApp”dan istifadə etdiyi üçün ölüm cəzasına məhkum edilib.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, söhbət 2017-ci ildə aparılan təmizləmələr zamanı həbs edilən Aida əl-Qarnidən gedir. Onun oğlu cinayət işinin təfərrüatını bölüşüb.

Onun sözlərinə görə, hakimiyyət alimi öz adı ilə (@awadalqarni) “Twitter” hesabından fikirini bildirmək üçün istifadə etməkdə ittiham edib. Sənədlərdə professorun “WhatsApp” söhbətində iştirakını etiraf etdiyi də bildirilir. O, həmçinin “Telegram” hesabı yaratmaqda da ittiham olunub.

Bununla yanaşı, Səudiyyə hökuməti və dövlət tərəfindən idarə olunan investorlar son vaxtlar ABŞ sosial mediasında, o cümlədən “Twitter” və “Disney” kimi şirkətlərdə paylarını artırıblar.

Tacxeber.com

Oxşar xəbərlər

MDBMİ Aleksandrovu Azərbaycana qarşı təxribatçı bəyanatlarına görə vəzifəsindən azad edib

redaktor

KİV: Valeri Zalujın vəzifəsindən azad edilib

redaktor

“Biz vuruşarkən Netanyahunun oğlu Mayamidə dincəlir” – İsrail əsgərlərindən SƏRT REAKSİYA

admin