24 C
Bakı
13 Avqust 2025 23:08
Sağlamlıq

Kiminsə şikayəti, giley-güzarını dinləmək – beyinə zərərlidir

 

Daim gileylənmək, narazılıq beynin vacib hissəsi olan hipokampusu kiçildir.

“Medicina” xəbər verir ki, ABŞ alimləri yeni elmi araşdırmada mənfi düşünmənin yaddaş və düşüncə qabiliyyətinin azalmasına səbəb olduğunu sübut edib.

Nə qədər tez-tez şikayət etsəniz, mənfi düşünmə ehtimalınız bir o qədər artır.

Hətta kiminsə şikayətini 30 dəqiqədən çox dinləməyin beyinə zərər vurduğu məlum olub.

Şikayət etmək əlavə stress reaksiyasına səbəb olur və kortizol, şəkər, təzyiq yüksəlir. Stress dərəcəsi artdıqca beynin daha çox zədələndiyi bildirilir. Bu zaman oksidləşdirici, iltihablı reaksiyalar artır və hüceyrənin canlılığına zərər verən mühit formalaşmağa başlayır. Sinir hüceyrələrini birləşdirən neyronların sayı azalır.

Alimlər tövsiyə edir ki, deyinən insanlardan uzaq durmaq, bu insanlar özü isə psixoloq müalicəsi almalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Adi çayın yerinə bu çayları için – Böyük faydası var!

redaktor

Qadınların COVID-19-a yoluxma riski kişilərdən daha çoxdur – Səbəb nədir?

redaktor

FEYXOANI niyə ən çox kişilər yeməlidir? – Meyvənin TƏRKİBİ və ZƏRƏRLƏRİ

redaktor