10 C
Bakı
27 Mart 2026 05:11
Mədəniyyət

Vaxtanq Kikabidze vəfat edib

 

Tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidze vəfat edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” televiziyası məlumat yayıb.

Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə “Dağlarda görüş” filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın “Mimino” filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatı olub.

Tacxeber.com

Oxşar xəbərlər

“Fəxri adlar ləğv olunmalıdır, incəsənətə zərər vurur” – Bəstəkar

redaktor

“Onların da arasında homoseksuallar var” – Rasim Balayev

redaktor

Mən kiminsə xahişi ilə iş görməmişəm – Əbülfəs Qarayev

redaktor