Hadisə

Rusiyada hərbi hissədə partlayış: 3 hərbçi ölüb, 16 nəfər yaralanıb

 

Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış baş verib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.

Yanvarın 14-də tağım komandiri, baş çavuş RQD-5 əl qumbarasını partladıb. Nəticədə hərbi hissədə olan silah-sursat anbarında yanğın və partlayış baş verib. Yanğın sahəsi 450 kv.m olub. Partlayış nəticəsində, ilkin məlumatlara görə, üç hərbçi ölüb, 16 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Faktla bağlı cinayət işi açılıb.

Tacxeber.com

Oxşar xəbərlər

İmtahan fırıldağı: texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i

admin

Ayətullah etirazçıları məhv etmək üçün birbaşa əmr verib. Ölənlərin sayı min nəfəri keçib.

admin

”Elgün İbrahimov qəddarcasına döyülərək öldürülüb”

admin